Güvən Finans
  • Şirkətin səhmdarlarının ümumi yığıncaq iclaslarında (il ərzində ən azı bir dəfə keçirilir) və Şirkətin Müşahidə Şurasının iclaslarında (il ərzində ən azı dörd dəfə keçirilir) iştirak etmək, iştirakçıların iclas gedişində yarana biləcək hüquqi xarakterli suallarını cavablandırmaq, iclas protokollarını detallı şəkildə tərtib etmək; iclaslarda iştirak edən şəxslərin səlahiyyətli olmasını təmin etmək üçün onların səlahiyyətləndirilməsi barədə sənədlərin tərtibində iştirak etmək və iclas zamanı sənədləri yoxlamaq;
  • Şirkətin reyestr məlumatlarında baş vermiş bütün dəyişiklikləri Milli Depozit Mərkəzi və Dövlət Vergi Xidmətində qeydiyyatdan keçirmək; bu məqsədlə bütün lazımi sənəd layihələrini (protokol, qərar, nizamnamə, etibarnamə və s.) tərtib etmək, Şirkət rəhbərliyi və səhmdarlarla əlaqə saxlayaraq lazımi müraciət paketini hazırlamaq; Şirkətin korporativ qanunvericiliyin tələblərinə riayət etməsini təmin etmək üçün bütün lazımi sənədlərin hazırlanmasını təşkil etmək;
  • Şirkətin Mərkəzi Banka illik idarəetmə hesabatını hazırlamaq;
  • Şirkət rəhbərliyinin imzalayacağı bütün növ sənədlərin, o cümlədən əqdlərin, məktubların hüquqi ekspertizasını aparmaq, bəzilərini bilavasitə tərtib etmək, bəzilərinin tərtib olunmasında iştirak etmək;
  • Şirkətin bağlayacağı bütün müqavilələri hazırlamaq, yoxlamaq, onlarda lazımi dəyişikliklər etmək; notarial təsdiqlənməli müqavilələrin notariat ofislərində təsdiqlənməsi üçün bütün lazımi sənəd paketlərini hazırlamaq, prosesdə bilavasitə iştirak etmək;
  • Şirkət rəhbərliyi və işçiləri tərəfindən Şirkətin fəaliyyəti ilə bağlı qarşıya çıxan bütün hüquqi xarakterli məsələlərlə bağlı verilən sorğular üzrə hüquqi rəylər vermək;
  • Şirkətin fəaliyyətində qarşıya çıxan məsələlər (hüquqi və praktik xarakterli) barəsində rəy almaq üçün dövlət orqanlarına sorğular hazırlamaq və müvafiq dövlət qulluqçuları ilə bu barədə görüşlər keçirmək;
  • Şirkət tərəfindən mövcud müəssisələrə investisiya yatırılmazdan əvvəl həmin müəssisələrin hüquqi “due-diligence”-ni aparmaq və bu barədə Şirkət rəhbərliyinə hesabat təqdim etmək;
  • Şirkətin yeni müəssisələr təsis etməsi və ya mövcud müəssisələrə investisiya yatırması zamanı təsisçilərarası müqavilələri, nizamnamə, qərar, protokol və s. aidiyyatı sənədləri hazırlamaq, onlar barəsində danışıqlar aparılmaq, onlara düzəlişlər etmək, həmin sənədləri və ümumiyyətlə Şirkətin təsis etdiyi müəssisəni və ya investisiya yatırdığı müəssisədəki iştirak payını dövlət qeydiyyatına aldırmaq, bu məqsədlə tələb olunan müraciət paketini tam hazırlamaq;
  • Törəmə müəssisələrdə Şirkətin iştirakı ilə keçirilən ümumi yığıncaq protokollarını tərtib etmək;
  • Törəmə müəssisələrdə reyestr məlumatlarında baş vermiş bütün dəyişiklikləri Dövlət Vergi Xidmətində qeydiyyatdan keçirmək; bu məqsədlə bütün lazımi sənəd layihələrini (protokol, qərar, nizamnamə, etibarnamə və s.) tərtib etmək, lazımi müraciət paketini hazırlamaq; törəmə müəssisələrin korporativ qanunvericiliyin tələblərinə riayət etməsini təmin etmək üçün bütün lazımi sənədlərin hazırlanmasını təşkil etmək;
  • Törəmə müəssisələrin mühüm müqavilələrini, o cümlədən daşınmaz əmlak alqı-satqısı müqavilələrini hazırlamaq, yoxlamaq, onlarda lazımi dəyişikliklər etmək; notarial təsdiqlənməli müqavilələrin notariat ofislərində təsdiqlənməsi üçün bütün lazımi sənəd paketlərini hazırlamaq, prosesdə bilavasitə iştirak etmək;
  • Şirkətin hazırkı törəmə müəssisələrinin və gələcəkdə investisiya yatıracağı törəmə müəssisələrin Şirkətin İnvestisiya Siyasətinə uyğun olaraq mütəmadi hüquqi monitorinqini aparmaq və bu barədə Şirkət rəhbərliyinə hesabat təqdim etmək;
  • Şirkətin İnsan Resursları Siyasətinin (HR Policy) hazırlanmasında və ona dəyişikliklər edilməsində iştirak etmək, mütəmadi olaraq onun qanunvericiliyə uyğun olmasını təmin etmək; əmək hüququ ilə bağlı bütün lazımi sənədlərin nümunələrini hazırlamaq; əmək hüququ ilə bağlı İnsan Resursları Menecerinin hüquqi xarakterli sorğularını cavablandırmaq; əmək münasibətləri ilə bağlı bütün sənədləşmə işlərini (işə qəbul, işdən çıxarma, məzuniyyət, mükafatlandırma, intizam tənbehinin verilməsi və s.) yoxlamaq və nəzarətdə saxlamaq; əmək yoxlamaları (illik və ya növbədənkənar) zamanı Şirkəti əmək müfəttişliyi qarşısında təmsil etmək;
  • Şirkətin digər siyasətlərinin və daxili prosedur və qaydalarının hazırlanmasında və onlara dəyişikliklər edilməsində iştirak etmək, mütəmadi olaraq onların qanunvericiliyə və Şirkətin Müşahidə Şurasının göstərişlərinə uyğun olmasını təmin etmək;
  • Şirkətin bağlayacağı istənilən növ əqd, həmçinin Şirkətin fəaliyyəti ilə bağlı qarşıya çıxan məsələlərlə bağlı Şəriət məsləhətçisinin rəyini almaq, bu məqsədlə onunla əlaqə saxlamaq, ona yazılı müraciətləri hazırlamaq və lazımi məlumatı təqdim etmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı yarana biləcək bütün mübahisələrin həlli üçün danışıqlar aparmaq; danışıqlar yolu ilə həll edilməyən mübahisələrin məhkəmədə həlli zamanı Şirkət üçün iddia ərizələrini, qarşılıqlı iddia ərizələrini, etirazları, izahatları, vəsatətləri və s. hazırlamaq; Şirkəti bütün məhkəmə instansiyalarında təmsil etmək.